“Məlum olduğu kimi, yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanıb və Azərbaycan Respublikasının bir sıra vətəndaşları məcburən Rusiya Federasiyası ərazisində qalıblar”.
Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, Rusiyada qalan azərbaycanlıların vətənə qayıdışını təşkil etmək məqsədi ilə cari ilin 18 aprel tarixindən
“Burada Azərbaycan vətəndaşları onlayn qeydiyyatdan keçərək elektron növbə ardıcıllığı əldə edirlər ki, həmin ardıcıllığa uyğun olaraq da vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri müəyyən edilir. Azərbaycanın diplomatik nümayəndəliyi artıq sözügedən saytda Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır.
Bununla əlaqədar, səfirliyin "Qaynar xətti"nə qeydiyyatdan keçirilmək xahişi ilə çoxsaylı zənglər daxil olur. Bildiririk ki, 18 aprel 2020-ci il saat 10:00-dan etibarən səfirlik sözügedən saytda Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır. Azərbaycana getmək istəyən hər bir vətəndaş şəxsən müvafiq sahələri doldurmalı və sıra nömrəsini almalıdır”-deyə, məlumatda qeyd olunub.