Səfir Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq
- 15 oktyabr, 2026
- 16:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni baş katibi səfir Sultan Hacıyev olacaq.
"Report" xəbər verir ki, bunu təşkilatın Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib.
K.Sarıbay təşkilatın baş katibi vəzifəsində altı il çalışdığını qeyd edib.
"Yeni baş katib, səfir Sultan Hacıyevə ən xoş arzularımı çatdırmaq istəyirəm. Bütün üzv dövlətlərdən xahiş edirəm ki, işin davamlılığını və bütün üzv dövlətlərin maraqları naminə Katibliyin səmərəli fəaliyyətini təmin etmək üçün mənim xələfimə tam etimad və dəstək göstərsinlər. AQEM-in fəaliyyətinə töhfə vermək mənim üçün böyük şərəf olub. Zərurət yaranarsa, lazımi dəstəyi göstərməyə hazıram", - o bildirib.
Qeyd edək ki, Sultan Hacıyev Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiridir.