Səfir: Gəncə ilə tanışlıq Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında çox məlumat verdi
Səfir: Gəncə ilə tanışlıq Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında çox məlumat verdiABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Gəncəyə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Gəncənin ən ecazkar yerlərini, o cümlədən Nizami Gəncəvi, İmamzadə və Cavad Xan məqbərələrini, Xan Bağını, Şah Abbas məscidini, və unikal Şüşə Ev Muzeyini görmək inanılmaz bir təcrübə oldu.
"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Gəncəyə səfəri ilə bağlı paylaşımda deyilir.
Təəssüratlarını bölüşən diplomat deyib ki, bunlarla tanışlıq Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında daha çox məlumat verdi:
"Həqiqətən də unudulmaz təəssüratlar yaşadıq!"
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib. O, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq.
"Gəncənin ən ecazkar yerlərini, o cümlədən Nizami Gəncəvi, İmamzadə və Cavad Xan məqbərələrini, Xan Bağını, Şah Abbas məscidini, və unikal Şüşə Ev Muzeyini görmək inanılmaz bir təcrübə idi. Bunlarla tanışlıq bizə Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında daha çox məlumat… pic.twitter.com/NrdLSfkJec