Səfir: Azərbaycanla Serbiya arasındakı diplomatik münasibətlər son 28 ildə strateji tərəfdaşlığa çevrilib

Səfir: Azərbaycanla Serbiya arasındakı diplomatik münasibətlər son 28 ildə strateji tərəfdaşlığa çevrilib Mövcud olduğu 28 il ərzində Azərbaycan ilə Serbiya arasındakı diplomatik münasibətlər inkişaf edərək strateji tərəfdaşlığa çevrilib.
Xarici siyasət
18 fevral 2025 15:30
Səfir: Azərbaycanla Serbiya arasındakı diplomatik münasibətlər son 28 ildə strateji tərəfdaşlığa çevrilib

Azərbaycan ilə Serbiya arasındakı diplomatik münasibətlər mövcud olduğu 28 il ərzində inkişaf edərək strateji tərəfdaşlığa çevrilib.

“Report” xəbər verir ki, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavlyeviç Serbiyanın Dövlətçilik Günü münasibətilə keçirilən tədbirdə bildirib.

“28 il əvvəl yarandığı gündən ikitərəfli münasibətlər inkişaf edərək strateji tərəfdaşlığa çevrilib və bu münasibətlər çərçivəsində biz qarşılıqlı maraq doğuran xarici siyasət məsələlərini fəal şəkildə müzakirə edir və həyata keçiririk”, - o deyib.

Səfir qeyd edib ki, son illər Bakı ilə Belqrad arasında siyasi əlaqələrin intensivləşməsi müşahidə olunur və bu, iqtisadi əlaqələrin möhkəmlənməsi və ticarət dövriyyəsinin artması ilə müşayiət edilir.

“Ümumiyyətlə, mən inanıram ki, biz Serbiyanın dövlətçiliyinin hər növbəti ilini sevinclə və Azərbaycanla daha da intensiv, mənalı əməkdaşlıq və dostluq şəraitində qeyd edəcəyik”, - səfir vurğulayıb.

Sonda diplomat Serbiyaya sülh və inkişaf, o cümlədən Azərbaycanla dostluq əlaqələrinin möhkəmlənməsini arzulayıb.

“Serbiyaya sülh və inkişaf, uğurlar və güc, eləcə də Azərbaycan kimi mümkün qədər çox dəyərli və səmimi dostlar arzulayıram. Yaşasın Serbiya, yaşasın Serbiya ilə Azərbaycan arasındakı əbədi dostluq”, - o, sözlərini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi