Dmitri Savelyev Milli Məclis Sədrinin Rusiyaya səfərindən danışdı

Dmitri Savelyev Milli Məclis Sədrinin Rusiyaya səfərindən danışdı "Milli Məclisin sədri Sahibə Qafarovanın Moskvaya səfəri ən yüksək səviyyədə qarşılıqlı Rusiya-Azərbaycan səfərlərinin məntiqi davamı idi"
Xarici siyasət
3255
25 Sentyabr , 2020 16:26
Dmitri Savelyev Milli Məclis Sədrinin Rusiyaya səfərindən danışdı
Dmitri Savelyev

“Milli Məclisin sədri Sahibə Qafarovanın Moskvaya səfəri ən yüksək səviyyədə qarşılıqlı Rusiya-Azərbaycan səfərlərinin məntiqi davamı idi, lakin hər şeydən əvvəl, bu, pandemiyadan sonra iki ölkənin siyasətçiləri arasında şəxsi qarşılıqlı əlaqələrin bərpa olunduğunu göstərir”.

Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

“Milli Məclisin sədri Sahibə Qafarovanın Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə şəxsi görüşləri nəinki parlamentlərarası əməkdaşlığın gücləndirilməsində mühüm addım oldu, həm də ölkələrimizin vacib məsələlər üzrə qarşılıqlı əlaqələrin intensivləşdirilməsinə diqqətini nümayiş etdirdi. Vyaçeslav Volodinin Azərbaycana edəcəyi səfəri də özündə ehtiva edən parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, mədəni-humanitar, iqtisadi, elmi və təhsil əlaqələrinin genişləndirilməsinə dəstək - bu, hələ ölkələrimizin parlament liderlərinin görüşündə toxunulan məsələlərin heç də tam siyahısı deyil”, - D.Savelyev bildirib.

Rusiyalı deputat həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna da toxunub: “Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının zəruriliyi xüsusi vurğulandı. Bu mövzu Sahibə Qafarova ilə Xarici İşlər Naziri Sergey Lavrov arasındakı görüşdə ətraflı müzakirə olundu və Sahibə xanımın Federasiya Şurasının açıq iclasında etdiyi çıxışda əsas mövzu oldu”.

“Əminəm ki, bu səviyyəli səfərlər Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə qarşılıqlı fəaliyyətin bir çox yaradıcılıq prosesinə güclü təkan verir. Bu proseslərə qanunvericilik dəstəyi təmin etmək üçün nəzərdə tutulmuş parlamentlərarası qarşılıqlı əlaqələr də ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində və genişləndirilməsində xüsusi rol oynayır”, – D.Savelyev söyləyib.

Son xəbərlər

Orphus sistemi