Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Xarici siyasət
15 noyabr 2023 08:50
Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 14-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.

Görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.

2023-cü ilin 4-6 noyabr tarixlərində Baş nazirin müavini Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çinin Şanxay şəhərinə səfərinin nəticələri yüksək qiymətləndirilib.

Səfər çərçivəsində keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının nəticələrinə dair imzalanmış Protokolun ticarət-iqtisadi sahədə münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda ölkəmizin Şanxay şəhərində keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində iştirakının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi