Sahibə Qafarova: Parlamentarilərin səfərləri Bakı və Moskva arasında dostluq münasibətlərinin inkişafına kömək edir

Xarici siyasət
  • 17 mart, 2025
  • 14:53
Sahibə Qafarova: Parlamentarilərin səfərləri Bakı və Moskva arasında dostluq münasibətlərinin inkişafına kömək edir

Rusiya Federasiyasının nümayəndə heyətinin səfəri Azərbaycan-Rusiya münasibətlərinə əlavə təkan verəcək.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında parlamentlərarası əməkdaşlıq üzrə Komissiyanın 22-ci iclasında bildirib.

"Biz əməkdaşlıq perspektivlərini geniş aktual məsələlər aspektində müzakirə etdik. Azərbaycan və Rusiya parlamentləri arasında konstruktiv və məhsuldar dialoq aparılır. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına kömək edir", - o bildirib.

S.Qafarova qeyd edib ki, nümayəndə heyətlərinin görüşləri iki ölkə arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün son dərəcə vacibdir: "Parlamentlərarası komissiya ölkələrimiz arasında əlaqələrin tənzimlənməsi üçün real və təsirli bir mexanizmdir".

O əlavə edib ki, komissiyanın iclası çərçivəsində regionlararası əməkdaşlıq, həmçinin iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi sahəsində qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçiriləcək.

44 filmi