Dünyada səhiyyəyə əlçatanlıqda ayrı-seçkilik olmamalıdır.
"Report" xəbər verir ki, bunu Misirin sabiq ailə və əhali naziri Moşiri Xəttab "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun altıncı panel müzakirəsində deyib.
"Növbəti pandemiya qapımızı döyür. Biz buna hazır olmalıyıq. COVİD-19 yenidən başlaya bilər. Bu, uşaqların təhsilə çıxışlarında problem yaradacaq. Kasıb ailələrin uşaqları onlayn təhsildən istifadə edə bilməyəcəklər. Ümumiyyətlə, yada salım ki, pandemiyadan sonra dünyada bəzi qızlar təhsilə qayıtmadı, oğlanlar isə küçə ticarəti ilə məşğul oldu. Bu, ciddi problemdir", - o vurğulayıb.
Sabiq nazir diqqətə çatdırıb ki, səhiyyəyə əlçatanlıqda ayrı-seçkilik olmamalıdır. yalnız bu halda dağılmış dünyanı bərpa etmək mümkündür.