Sabiq nazir: “Bakı forumu aktual məsələlərin müzakirə olunduğu platformadır”

Xarici siyasət
  • 11 mart, 2023
  • 08:39
Sabiq nazir: “Bakı forumu aktual məsələlərin müzakirə olunduğu platformadır”

“X Qlobal Bakı Forumu aktual məsələlərin müzakirə edildiyi platformadır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Monteneqronun keçmiş müdafiə naziri Militsa Peyanoviç-Durişiç deyib.

O bildirib ki, sessiyalardan birinin Qərbi Balkan regionu mövzusuna həsr olunmasına görə şaddır.

“Bu, vacib mövzudur, çünki bu regionda bir çox çağırışlar var. Biz region ölkələrinin Avropaya inteqrasiyasından danışdıq. Bu məsələnin geosiyasi və geostrateji aspekti var”, - sabiq nazir bildirib.

“2017-ci ildə NATO-ya üzv olan Monteneqro dezinformasiya kampaniyalarının hədəfi olub. Rusiya nədənsə Balkan regionunda əsas oyunçu olduğunu iddia edirdi. Lakin Monteneqro xalqı bununla razılaşmadı. Ona görə də biz öz yolumuzu – Qərbin demokratiyasının bir hissəsi olmağı seçdik”, - eks-nazir söyləyib.