“Avropa İttifaqı (Aİ) Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərdən sui-istifadə edir”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
“Avropa İttifaqı Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərindən açıq-aşkar sui-istifadə edir ki, bu da sülh prosesi istiqamətində səy göstərilməsini şübhə altına alır”, - Lavrov bildirib.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov missiyanı uğursuzluq kimi qiymətləndirib: “Aİ missiyası öz nəticəsini vermədi. Üstəlik, biz gördük ki, missiyanın başlaması ilə Ermənistan tərəfinin danışıqlar prosesinin bütün istiqamətləri üzrə mövqeyi daha destruktiv xarakter aldı”.