Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəmlənərək müttəfiqlik səviyyəsinə yüksəlir.
Bu barədə “Report”un Rusiya bürosuna siyasi ekspert Yevgeni Mixaylov bildirib.
Politoloq hesab edir ki, bəzi nəqliyyat logistika dəhlizləri Azərbaycan və Rusiya liderləri arasında müzakirə mövzusu olacaq:
“Ölkələrimizi ilk növbədə, Zəngəzur və Şimal-Cənub dəhlizlərinin açılması və digər logistika obyektləri maraqlandırır. Hazırda Rusiya ilə Azərbaycan arasında ölkənizin böyük təcrübəsi olduğu neft-qaz sektoru və aqrar-sənaye kompleksinin inkişafı sahəsində çoxlu sayda birgə müqavilələr var. Bundan əlavə, müdafiə təşəbbüsləri və ola bilsin ki, Cənubi Qafqazda təhlükəsizlik sistemlərinin inkişafı müzakirə olunacaq”.
O, həmçinin qeyd edib ki, prezidentlər çox güman ki, Ermənistanın qərbyönümlü siyasəti və regionda ümumi təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.