Rəsmi Bakı Türkiyədə baş verən terror aktını pisləyib
- 23 oktyabr, 2024
- 14:43
Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib.
“Report”un məlumatına görə, XİN “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib:
“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - paylaşımda deyilir.
Qardaş #Türkiyə|də Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (@TUSAS_TR) törədilmiş terror aktını qətiyyətlə pisləyirik!
— MFA Azerbaijan (@AzerbaijanMFA) October 23, 2024
Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!@MFATurkiye