Bakı. 22 noyabr. REPORT.AZ/ "Türkmənistan və Azərbaycan xalqlarının qədim, zəngin mənəvi ənənələri olub. Yəni, biz həmişə, bütün dövrlərdə çox böyük potensiala və imkanlara malik olmuşuq. Sevindirici haldır ki, həm Türkmənistan, həm də Azərbaycan müasir mərhələdə həmin potensialdan istifadə edir".
"Report" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 22-də Aşqabadda Azərbaycan Prezidenti
O qeyd edib ki, bu, özünü siyasi arenada, iqtisadi məsələlərdə, bir sıra başqa sahələrdə göstərir: "Bu baxımdan bizim güclü ehtiyatımız var. Biz bu ehtiyatdan həm xalqlarımızın rifahı naminə, həm də regional və beynəlxalq səviyyədə istifadə edə bilərik. Ən başlıcası odur ki, biz bütün bunlardan istifadə edirik. Biz Birləşmiş Millətlər Təşkilatı kimi çox nüfuzlu beynəlxalq qurumların üzvləriyik. Vurğulamaq istərdim ki, bu gün Türkmənistan və Azərbaycan
Gördüyünüz kimi, bu gün təkcə Sizinlə bizim aramızda, iki dövlət arasında deyil, həm də region və dünya miqyasında çox iş görülür. Buna görə fürsətdən istifadə edib Sizə təşəkkürümü bildirmək istərdim, ilk növbədə ona görə ki, Siz Türkmənistan ilə Azərbaycan arasında dostluq tellərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Bu gün Sizi burada görməyə bir daha şadıq. Xoş gəlmisiniz".