"Primorsk diyarında Heydər Əliyevi 1984-cü ildə Şərq limanı üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı burada qəbul etdiyi qərarlardan sonra çox gözəl xatırlayırlar".
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Primorsk diyarının qubernatoru Oleq Kojemyako Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bayram konsertində deyib.
“Bu, bizim tariximizin bir parçasıdır, ölkəmizin siyasətinin vektorunu belə liderlər müəyyən edir. Bu gün biz bu qərarların nə qədər düzgün olduğunu görürük”, - o vurğulayıb.
Qubernator qeyd edib ki, Azərbaycan SSRİ-nin süqutundan sonra güclənməyə başlayıb: “Qarşılaşdığı çətin illərə baxmayaraq yenidən güclənən Azərbaycan müstəqil siyasət aparan suveren ölkəyə çevrilib. Ölkələrimiz arasında dostluğa, sülhə və harmoniyaya yönəlmiş müttəfiqlik münasibətləri mövcuddur. İki ölkəni tarixi köklər birləşdirir, ona görə də heç bir qüvvə onların dostluğunu poza bilməz".