Prezidentin köməkçisi Azərbaycan heyətinin Moskvada MDB formatında tədbirdə iştirak etməməsinin səbəblərini açıqlayıb

Xarici siyasət
  • 20 iyul, 2025
  • 12:46
Prezidentin köməkçisi Azərbaycan heyətinin Moskvada MDB formatında tədbirdə iştirak etməməsinin səbəblərini açıqlayıb
Hikmət Hacıyev

Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib:

"Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil", - o əlavə edib.

Səfərin baş tutmamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə bağlamır:

"Tədbir MDB çərçivəsində olan tədbirdir. Rusiya-Azərbaycan arasında olan məsələlərin isə buna aidiyyəti yoxdur".

Son xəbərlər

Bütün Xəbər Lenti