Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında telefon danışığı olub

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında telefon danışığı olub Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Xarici siyasət
732
14 Mart , 2022 16:53
Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında telefon danışığı olub

Azərbaycan Prezidentinin Mətbuat xidməti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəng etməsilə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda deyilir:

Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi səylərinə görə Prezident Şarl Mişelə təşəkkürünü bildirib.

Prezident Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək.

Söhbət zamanı, həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

16:01

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu Ş.Mişel tviter səhifəsində yazıb.

Liderlər regional prosesləri, o cümlədən Cənubi Qafqazdakı durumu və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

“Avropa İttifaqı sabit və firəvan Cənubi Qafqazı dəstəkləməyə davam edəcək”, - Ş.Mişel bildirib.

Son xəbərlər

Orphus sistemi