Prezident İlham Əliyev perulu həmkarını təbrik edib
Xarici siyasət
- 28 iyul, 2025
- 11:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu göndərib.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli xanım Prezident,
Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Son xəbərlər
09:41
ADY yarımildə sərnişin daşınmasını 18 % artırıb
İnfrastruktur09:34
Foto
Anar Bağırov vətəndaş qəbulu keçirib
Hadisə09:33
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
Energetika09:22
UEFA reytinqi: "Sabah"ın qələbəsi Azərbaycanın əmsalına töhfə verib
Futbol09:17
Şüvəlanda dənizdə batan şəxsin meyiti tapılıb
Hadisə09:16
Foto
Haaqada Azərbaycan-Niderland parlamentlərarası əlaqələri müzakirə olunub
Xarici siyasət09:12
"İmişli" "Kəpəz"dən ayrılan Fərid Nəbiyevi heyətinə qatdığını açıqlayıb
Futbol09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.07.2026)
Maliyyə09:08