Prezident İlham Əliyev Filippinin dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Filippinin dövlət başçısına təbrik məktubu göndərib "Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına daim sülh və firavanlıq arzulayıram"
Xarici siyasət
11 İyun , 2015 18:23
Prezident İlham Əliyev Filippinin dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti III Beniqno Akinoya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Filippin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin genişlənməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına daim sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi