Prezident İlham Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun vəfatı ilə əlaqədar bu ölkənin hazırkı rəhbəri Donald Trampa başsağlığı verib.
Xarici siyasət
1 Dekabr , 2018 14:12
Prezident İlham Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun vəfatı ilə əlaqədar bu ölkənin hazırkı rəhbəri Donald Trampa başsağlığı verib.

"Report"un məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlət başçısı ABŞ-ın 43-cü Prezidenti, C.Buşun oğlu Corc Uoker Buşa da başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Zati-aliləri,

Atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi