Prezident: "Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verir"

Xarici siyasət
  • 02 mart, 2023
  • 12:57
Prezident: Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verir

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən deyib.

Nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirən dövlət başçısı bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya sahələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyətini qeyd edib.