Politoloq: “Azərbaycan ərazisinə nəzarətsiz giriş tələbi ikili standartların bariz nümunəsidir”

Politoloq: “Azərbaycan ərazisinə nəzarətsiz giriş tələbi ikili standartların bariz nümunəsidir” “Azərbaycan ərazisinə nəzarətsiz giriş tələbi ikili standartların bariz nümunəsidir”.
Xarici siyasət
9 avqust 2023 10:12
Politoloq: “Azərbaycan ərazisinə nəzarətsiz giriş tələbi ikili standartların bariz nümunəsidir”

“Azərbaycan ərazisinə nəzarətsiz giriş tələbi ikili standartların bariz nümunəsidir”.

Bunu “Report”a açıqlamasında pakistanlı politoloq Malik Kaşif Ermənistanın Laçın yolundakı təxribatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin qeyri-qanuni silah-sursat, mina daşımalarının, Ermənistan hərbi qulluqçularının rotasiyasının qarşısını almaq üçün konkret addımlar atmaq istəməməsi “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasının əsas səbəbi olub.

O əlavə edib ki, Ermənistan hərbçiləri Azərbaycan ərazisində olmamalıdır.

Politoloq qeyd edib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın özünü müdafiə etmək istəyi ilə bağlı narazılığı ikili standartların bariz təzahürüdür.

M.Kaşif bildirib ki, beynəlxalq birliyin qərarları və hərəkətləri siyasi mülahizələrdən, diplomatik münasibətlərdən və hər bir vəziyyətin spesifik kontekstindən ibarət amillərin məcmusundan asılı olduğundan, beynəlxalq ictimaiyyətin reaksiyası bir çox amillərdən asılı olaraq dəyişə bilər: “Humanitar yardımın çatdırılması ciddi şəkildə tənzimlənməli və nəzarət edilməlidir. Bu, humanitar konvoyların başqa, yəni pis məqsədlər üçün istifadəsinin qarşısını alacaq”.

Ekspertin fikrincə, humanitar yardımlar adı altında hərbi yüklərin daşınması üçün sui-istifadə halları ilə bağlı narahatlıq və ya şübhələr varsa, bunun müvafiq beynəlxalq təşkilatların diqqətinə çatdırılması son dərəcə vacibdir.

Son xəbərlər

Orphus sistemi