Pekinin nümayəndə heyəti Bakıda səfərdə olub

Pekinin nümayəndə heyəti Bakıda səfərdə olub Çinli qonaqlar Bakıda səfərdə olub
Xarici siyasət
6 Noyabr , 2023 11:10
Pekinin nümayəndə heyəti Bakıda səfərdə olub

Çinin paytaxtı Pekin şəhər Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Çjan Çiyaminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

"Report"un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çinli qonaqlarla görüşüb.

E.Əzizov onlara Bakının tarixi, şəhərdə həyata keçirilən layihələr barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində paytaxtın infrastrukturu keyfiyyəti yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq-quruculuq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov xüsusilə vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxta daim qayğı göstərir və bunun sayəsində şəhərin tarixi irsini qorunmaqla yanaşı, müasir memarlıq da inkişaf edir.

Pekin şəhər Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Çjan Çiamin bildirib ki, Bakı ilə Pekin arasında münasibətlər günbəgün genişlənir və Azərbaycanla əlaqələr onun ölkəsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan özünəməxsusluğu ilə seçilir. Bu səfərin Bakı və Pekin şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağına əmin olduğunu bildirən Zhang Jiaming vurğulayıb ki, Bakı öz təmizliyi, baxımlı şəraiti və yaşıllıqları ilə xüsusilə diqqəti cəlb edir: "Biz şəhərin xidmət səviyyəsinə heyranıq".

Görüşdə iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq planları müzakirə olunub. Daha sonra çinli qonaqlar Bakının görməli yerləri ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi