Səfir Faiq Quliyev İranın Gürcüstandakı səfirliyini ziyarət edərək başsağlığı verib

Səfir Faiq Quliyev İranın Gürcüstandakı səfirliyini ziyarət edərək başsağlığı verib Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İranın Gürcüstandakı diplomatik korpusunu ziyarət edərək bu ölkənin siyasi liderlərinin həlak olmaları ilə bağlı başsağlığı verib.
Xarici siyasət
24 May , 2024 21:26
Səfir Faiq Quliyev İranın Gürcüstandakı səfirliyini ziyarət edərək başsağlığı verib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İranın Gürcüstandakı diplomatik korpusunu ziyarət edərək bu ölkənin siyasi liderlərinin həlak olmaları ilə bağlı başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti bildirib.

“Cari ilin 23 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev İranın Gürcüstandakı Səfirliyini ziyarət etmiş, İran Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digərlərinin həlak olmaları ilə bağlı başsağlığı vermişdir”, – mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

Son xəbərlər

Orphus sistemi