Baş direktor: Macarıstanın içməli suyun keyfiyyətinə nəzarət edən texnologiyasını Azərbaycanda da tətbiq etmək olar

Baş direktor: Macarıstanın içməli suyun keyfiyyətinə nəzarət edən texnologiyasını Azərbaycanda da tətbiq etmək olar Macarıstanda içməli su mənbələrinin israfını və keyfiyyətini nəzarətdə saxlayan yüksək texnologiyalar mövcuddur. Bunu Azərbaycan və Türkiyədə də tətbiq etmək mümkündür.
Xarici siyasət
24 May , 2024 17:05
Baş direktor: Macarıstanın içməli suyun keyfiyyətinə nəzarət edən texnologiyasını Azərbaycanda da tətbiq etmək olar

Macarıstanda içməli su mənbələrinin israfını və keyfiyyətini nəzarətdə saxlayan yüksək texnologiyalar mövcuddur. Bunu Azərbaycan və Türkiyədə də tətbiq etmək mümkündür.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Macarıstanın ixracatını təşviq edən Agentliyin (HEPA) baş direktoru Yalçın Orhan bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Macarıstan şirkətləri bir çox ortaq layihələr həyata keçirə bilərlər.

“Hazırda dünyada içməli suyun keyfiyyəti ilə bağlı problemlər yaşanır. İçməli su mənbəyindən evlərə çatana qədər 45 faiz itkiyə məruz qalır. Macarıstan bu problemin həlli yollarını tapıb. Təsəvvür edin ki, nəhəng Budapeştin bütün su şəbəkələrinin günlük monitorinqi, suyun keyfiyyəti və kəmiyyəti bu sahə üzrə məsul olan bir nəfərin nəzarətindədir. Problem monitorla izlənilərək aşkarlanır və yüksək texnologiya ilə tez bir zamanda həllini tapır. Bildiyimə görə, Türkiyə və Azərbaycanda da içməli su mənbəyindən istehlakçıya çatdırılanadək müəyyən itkilərə məruz qalır. Bu isə həm israf, həm də suyun keyfiyyətini aşağı salır. Çünki borulardan sızmalar olduqda həmin suya çirkab da qarışır. Bu baxımdan, Macarıstan, Türkiyə və Azərbaycan şirkətlərinin birgə layihələr həyata keçirməsi mümkündür”, - Agentlik rəhbəri deyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin şirkətləri ilə əməkdaşlıq üçün 2025-ci ildə Macarıstanın Ticarət Nazirliyi ilə HEPA arasında yeni bir müqavilə imzalanacaq: “TDT müşahidəçi üzv kimi Macarıstanın inkişaf etdirdiyi sahələrdəki təcrübədən faydalana bilər. Əksəriyyəti elm adamı olmaqla bu ölkənin 18 Nobel mükafatçısı var. Avropa İttifaqına üzv olan Macarıstan elm, texnologiya, tədqiqat və tətbiq sahəsində yaxşı təcrübələrə malikdir. Odur ki, TDT-yə daxil olan ölkələrə investisiya qoyuluşunda, idxal, ixrac, istehsal sahələrinin öyrənilməsi, müəyyən amillərin nəzərə alınması əməkdaşlığımızı daha da möhkəmləndirər”.

Son xəbərlər

Orphus sistemi