“Gürcüstan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi rolunu davam etdirməyə hazırdır”.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ermənistanlı həmkarı Alen Simonyanla keçirdiyi brifinqdə deyib.
“Gürcüstan Cənubi Qafqazın sülh və əməkdaşlıq üçün nümunəvi regiona çevrilməsi üçün Ermənistanla Azərbaycan arasında vasitəçiliyini davam etməyə hazırdır”, - o bildirib.
Ş.Papuaşvili Qafqaz xalqlarının ən çətin anlarda belə müdrikliyi və əməkdaşlığı ilə sülhsevər gələcək quracaqlarına və bunu ilk növbədə gənc nəsillərə göstərəcəklərinə ümidvar olduğunu vurğulayıb.
Xatırladaq ki, A.Simonyan Gürcüstanın paytaxtı Tbilisiyə noyabrın 16-da gedib. Ermənistan Parlamentinin sədri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə də görüşüb.