Panama səfiri: “Azərbaycanın Qoşulmama Hərəkatında fəallığı təqdirəlayiqdir”

Panama səfiri: “Azərbaycanın Qoşulmama Hərəkatında fəallığı təqdirəlayiqdir” “Azərbaycan Qoşulmama Hərəkatında çox fəaldır və bu, olduqca təqdirəlayiqdir”.
Xarici siyasət
3 Noyabr , 2023 17:21
Panama səfiri: “Azərbaycanın Qoşulmama Hərəkatında fəallığı təqdirəlayiqdir”

“Azərbaycan Qoşulmama Hərəkatında çox fəaldır və bu, olduqca təqdirəlayiqdir”.

Bunu “Report”un Türkiyə bürosuna müsahibəsində Panamanın Azərbaycandakı səfiri Mariela del Karmen Sagel Rosas bildirib.

Diplomat Azərbaycanın Qoşulmama Hərəkatında təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayıb: “Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən bütün tədbirlərdə böyük həvəslə iştirak etdim. Bu hərəkat bizim üçün çox vacibdir. Çünki Qoşulmama Hərəkatı Panama kanalına nəzarəti geri qaytarmaq üçün ABŞ ilə danışıqları Panamanın xeyrinə tam dəstəkləyib. Panama bunu heç vaxt unutmayacaq və həmişə minnətdar olacaq. Bu mənada hərəkatın bütün fəaliyyətləri bizim üçün dəyərlidir”.

Panama səfirinin müsahibəsini buradan oxuya bilərsiniz.

Qeyd edək ki, Mariela del Karmen Sagel Rosas Azərbaycanla yanaşı, ölkəsinin Türkiyədəki səfiri vəzifəsini də tutur və iqamətgahı Ankarada yerləşir.

Son xəbərlər

Orphus sistemi