Pakistanın Azərbaycandakı səfirliyində terror aktı qurbanlarının xatirəsi anılıb

Pakistanın Azərbaycandakı səfirliyində terror aktı qurbanlarının xatirəsi anılıb Səfir Xalid Usman Qayser: Azərbaycana mənəvi dəstəyə görə minnətdarıq
Xarici siyasət
20 Dekabr , 2014 20:50
Pakistanın Azərbaycandakı səfirliyində terror aktı qurbanlarının xatirəsi anılıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Pakistanın Azərbaycandakı səfirliyində Pişəvər şəhərində törədilmiş terror aktı qurbanlarının xatirəsini anma mərasimi keçirilib.

"Report" xəbər verir ki, səfir Xalid Usman Qayser bildirib ki, dekabrın 16-da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan, o cümlədən şagird və müəllimlər həyatlarını itiriblər.

Diplomat vurğulayıb ki, terrorçunun vətəni, dini, milləti olmur, onlar vəhşi xislətə malikdirlər.

Pakistanın böyük dövlət vurğulayan diplomar, ölkəsinin peşəkar orduya malik olduğunu xatırladıb.

X.Usman Qayser Pakistanın terrorla mübarizəni bundan sonra da davam etdirəcəyini söyləyib.

Diplomat bu ağır gündə Azərbaycanın ölkəsinə dəstəyini xüsusi qeyd edib. O bildirib ki, Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynə başsağlığı verərək bu hadisədən olduqca sarsıldığını bəyan etdi.

Milli Məclisin sədri, nazirlər, ictimaiyyət nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıblar.

Mərasimdə terror aktı qurbanlarının ruhuna dualar oxunub, onların xatirəsinə şam yandırılıb.

16-da Taliban yaraqlıları dekabrın 16-da Pişəvər şəhərindəki 140-dan artıq insanı qətlə yetiriblər, onlardan ən azı 100-ü uşaqdır. 

Son xəbərlər

Orphus sistemi