“Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsi Pakistan hökumətinin əsas prioritetlərindən biridir”.
“Report” DND-yə istinadən xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayi ilə görüşündə deyib.
“Pakistan turizm, ticarət, müdafiə və energetika sahələrində Azərbaycanla əlaqələri gücləndirməyə çalışır”, - o bildirib.
Dövlət başçısı səfirə ikitərəfli ticarət həcminin artırılması istiqamətində işlər görməyi tapşırıb.
Onun sözlərinə görə, Pakistan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir və bu münasibətləri möhkəmləndirmək istəyir.
Prezident koronavirus pandemiyası zamanı Pakistanı dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Daha əvvəl Pakistanın yeni səfirinin sentyabrda Bakıya gələcəyini xəbər vermişdik.