Özbəkistanın birinci vitse-spikeri: "Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün göstərdiyi əzmi alqışlayırıq"

Özbəkistanın birinci vitse-spikeri: "Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün göstərdiyi əzmi alqışlayırıq" "Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün göstərdiyi əzmi alqışlayırıq".
Xarici siyasət
20 Sentyabr , 2023 09:43
Özbəkistanın birinci vitse-spikeri: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün göstərdiyi əzmi alqışlayırıq

"Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün göstərdiyi əzmi alqışlayırıq".

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Özbəkistan Senatının sədrinin birinci müavini, sabiq xarici işlər naziri Sodiq Safoyev deyib.

Onun sözlərinə görə, hazırda Özbəkistan-Azərbaycan münasibətləri tarixin qızıl çağını yaşayır: "Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün bəlkə də tarixdə bu günə qədər görünməmiş səviyyədədir. Ötən il Prezident İlham Əliyev bir ildə Özbəkistana üç dəfə səfər edib. Əgər səhv etmirəmsə, bu, bir ilk idi. Bu gün bizim böyüyən siyasi dialoqlarımız, qarşılıqlı anlaşmamız, inkişaf edən iqtisadi əlaqələrimiz var. Çox sevinirəm ki, Özbəkistan Prezidentinin Azərbaycana son iki səfəri zamanı Füzulidə inşa edilən məktəbin açılışı reallaşıb və artıq ilk şagirdlərini də qəbul edib. Mən də dövlət başçısını səfər çərçivəsində müşayiət etdim. Bir tərəfdə Ermənistanın 30 il ərzində yox etdiyi şəhərlər, kəndlər, yaşayış mərkəzləri, digər tərəfdə isə Azərbaycanın qısa zaman ərzində yenidən dirçəltdiyi və canlandırdığı Qarabağı gördük. Bölgənin yenidən canlanması bizi çox sevindirdi".

S.Safoyev bildirib ki, Özbəkistan Azərbaycanın haqlı mübarizəsində hər zaman öz mövqeyini açıq şəkildə ortaya qoyub: "Biz Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərə, xüsusilə də ərazi bütövlüyünü və ədaləti bərpa etməsinə sevinirik. Biz Azərbaycanın haqlı mübarizəsində yanındayıq və Azərbaycan hökumətinin və xalqının bütün çətinliklərə baxmayaraq, ərazi bütövlüyünü bərpa etmək və qorumaq üçün göstərdiyi əzmi alqışlayırıq. Əminəm ki, Azərbaycan yaxında Qarabağı dünyanın ən cənnət güşələrindən birinə çevirəcək və Şuşa qucağını açıb gözəlliyindən zövq almaq üçün bütün dünyadan gələn qonaqları sevgi ilə qucaqlayacaq".

Son xəbərlər

Orphus sistemi