Onnik Krikoryan: Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir

Onnik Krikoryan: Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir Konstitusiyaya Ermənistanda heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər.
Xarici siyasət
10 Dekabr , 2024 11:26
Onnik Krikoryan: Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir

Ermənistanda konstitusiyaya heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər.

"Report"un məlumatına görə, bunu erməni ekspert Onnik C. Krikoryan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində keçirilən "Ermənistan konstitusiyası və qanunlarında sülh müqaviləsinə əngəllər" mövzulu paneldə onlayn çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq Konstitusiyaya dəyişiklik ölkələrində ziddiyyətli məsələdir:

“Nikol Paşinyan insanlara yaxşı təsir edə bilir və onları hazırlayır. Baş nazir Ermənistanda konstitusiyaya dəyişiklik məsələsini bir neçə dəfə müzakirə edib. Onun özü də bildirib ki, bu məsələ sülhə maneə törədir".

O. Krikoryan vurğulayıb ki, Nikol Paşinyanın bu prosesdə səmimi olduğunu düşünür.

Son xəbərlər

Orphus sistemi