Niderland səfiri Azərbaycan ilə əməkdaşlığın prioritet sahələrini açıqlayıb
- 27 aprel, 2022
- 08:05
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kənd təsərrüfatı, su və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq Azərbaycan və Niderland arasında əməkdaşlığın əsas inkişaf istiqamətləridir".
“Report” xəbər verir ki, bu barədə Niderland Azərbaycandakı səfiri Paulin Eyzema bildirib.
Səfirin sözlərinə görə, Niderland kənd təsərrüfatı sahəsində ən böyük ikinci ixracatçı ölkədir. Ölkə bu sahədə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və ölkəmizin Kənd Təsrrüfatı Nazirliyi ilə danışıqlar aparmağı planlaşdırır.
Bundan başqa, tərəflər ağıllı kənd təsərrüfatı - yeni texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələsini öyrənməkdə maraqlıdır.
Onun sözlərinə görə, ölkələr mədəniyyət və təhsil sahəsində də fəal əməkdaşlıq edirlər: "Belə ki, ADA Universiteti ilə Maastrixt Menecment Məktəbi arasında əməkdaşlıq qurulub. Həmçinin bir çox Niderland şirkətləri artıq Bakı limanı ilə əməkdaşlıq edir. Bakı limanı ilə Rotterdam limanı arasında münasibətləri inkişaf etdirməyi planlaşdırırıq”.