Nepal Prezidenti Azərbaycana səfər edəcək
Xarici siyasət
- 29 oktyabr, 2024
- 06:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nepal Prezidenti Ram Çandra Paudel noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Azərbaycana səfər etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Nepalın meşə təsərrüfatı və ətraf mühit naziri Ayna Bahadur Şahi Takuri (Aina Bahadur Shahi Thakuri) deyib.
"Nepal COP29-da ən yüksək səviyyədə təmsil olunacaq, nümayəndə heyətimizə Prezident Paudel rəhbərlik edəcək", - o bildirib.
Nazirin sözlərinə görə, hökumət bu tədbirin önəmini vurğulamaq üçün konfransda yüksək səviyyədə iştirakın təmin edilməsinə qərar verib.
Həmçinin, qeyd edilir ki, konfrans iqlim məqsədlərinə nail olmaq üçün hökumət tərəfindən qərarların qəbulu və həyata keçirilməsində əhəmiyyət kəsb edəcək.
Son xəbərlər
12:53
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Xarici siyasət
12:52
Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol
12:47
Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb
Biznes
12:34
Foto
Azərbaycanla Kamboca arasında üç sənəd mübadilə olunub - YENİLƏNİB
Xarici siyasət
12:31
Ermənistanda Xüsusi Ordu Korpusunun komandan müavini vəzifəsindən azad edilib
Region
12:30
DSMF: 9 ayda pensiyalara 5,8 milyard manat vəsait yönəldilib
Maliyyə
12:30
İlham Əliyev: Sovet dövründə Azərbaycanda kambocalı tələbələrin təhsil alması ənənəsini bərpa etmək lazımdır
Elm və təhsil
12:28
Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur
Xarici siyasət
12:20
Kallas: Aİ Rusiyaya qarşı təxminən 1600 yeni sanksiya mövqeyini təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr