“Bolqarıstan Cənubi Qafqaz regionunda və daha geniş anlamda Qara dəniz regionunda, xüsusilə enerji təchizatının şaxələndirilməsi kontekstində strateji tərəfdaş kimi Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir".
"Report" xəbər verir ki, bunu Bolqarıstan xarici işlər nazirinin müavini Kostadin Kocabaşev Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Hüseynov ilə görüşdə deyib.
Tərəflər Bolqarıstan ilə Azərbaycan arasında son illər qurulmuş intensiv siyasi dialoqla bağlı müzakirə aparıb və əməkdaşlığın hazırkı intensiv tempinin davam etdirilməsi ilə bağlı ortaq məxrəcə gəliblər.
Görüş zamanı, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələrinin dərinləşdirilməsi imkanları və enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.