Ceyhun Bayramov Pakistana başsağlığı veribXarici işlər naziri Ceyhun Bayramov Pakistanda avtobus ilə yük maşınının toqquşması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
Xarici işlər naziri Ceyhun Bayramov Pakistanda avtobus ilə yük maşınının toqquşması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
“Report” xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında paylaşım edib:
“Pəncab əyalətindəki dəhşətli avtobus qəzası xəbəri bizi dərindən kədərləndirdi. Qəzada ölənlərə allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq. Ölənlərin ailələrinə, qardaş Pakistan xalqına başsağlığı veririk”.
Xatırladaq ki, bu gün səhər Pəncab əyalətində magistral yolda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 30 nəfər ölüb, 74 nəfər isə xəsarət alıb.
The news on a terrible bus accident in #Punjab province deeply saddened us. May Allah have mercy on the victims of the accident and give those injured a speedy recovery. We express our condolences to the families of the victims and brotherly People of #Pakistan. @SMQureshiPTI