Narışkin: Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan normallaşma prosesini aparmağa üstünlük verir

Narışkin: Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan normallaşma prosesini aparmağa üstünlük verir Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərin normallaşması üzərində işi üçüncü tərəflərin iştirakı olmadan aparmağa üstünlük verirlər.
Xarici siyasət
10 Dekabr , 2024 11:37
Narışkin: Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan normallaşma prosesini aparmağa üstünlük verir
Sergey Narışkin

Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərin normallaşması üzərində işi üçüncü tərəflərin iştirakı olmadan aparmağa üstünlük verirlər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində bildirib.

"Azərbaycan və Ermənistan sülh nizamlanması üzrə ABŞ və Aİ-nin tövsiyələrinə o qədər də qulaq asmırlar. Bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər", - S.Narışkin qeyd edib.

Qeyd edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşmasında vasitəçilərə ehtiyac duymur və bu proses birbaşa ikitərəfli danışıqlar çərçivəsində səmərəlidir. Buna misal olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə razılaşmalar, həmçinin sərhədin demarkasiyası prosesinə başlanılması göstərilir.

Son xəbərlər

Orphus sistemi