Türkiyədə iyulun 28-dən bəri tüğyan edən meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlər, dəyən ümumi ziyanın miqdarı, gələcəkdə baş verə biləcək meşə yanğınlarının qarşısının alınması, qarşıya qoyulan vəzifələri və yeni yanğın ərazilərinin söndürülməsi üçün atılacaq addımları dəqiqləşdirmək üçün “Böhran mərkəzi”ndə xüsusi iclas keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yanında “Böhran mərkəzi”ndə keçirilən iclasda ölkənin Daxili İşlər naziri Süleyman Soylu, Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli, Ətraf Mühit və Şəhərçilik naziri Murat Kurum, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu və Azərbaycanın Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iştirak edib.