Milli Assambleyanın deputatı dünyanı Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qvianaya dəstək verməyə çağırıb

Milli Assambleyanın deputatı dünyanı Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qvianaya dəstək verməyə çağırıb “Fransa Fransız Qvianasını iqtisadi cəhətdən tamamilə ələ keçirib və bizi təbii sərvətlərimizdən məhrum edib”.
Xarici siyasət
6 İyul , 2023 11:30
Milli Assambleyanın deputatı dünyanı Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qvianaya dəstək verməyə çağırıb

“Fransa Fransız Qvianasını iqtisadi cəhətdən tamamilə ələ keçirib və bizi təbii sərvətlərimizdən məhrum edib”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Fransa Respublikası (Fransız Qvianası) Milli Assambleyasının deputatı Jan-Viktor Kastor deyib.

Onun sözlərinə görə, Fransız Qvianasının müstəmləkə vəziyyətinə salınması yerli əhalinin qətli və soyqırımı ilə başlayıb.

“Müstəmləkəçilik siyasəti nəticəsində iqtisadiyyat, sosial və digər sahələrdə vəziyyət çox dramatikdir. Fransa Fransız Qvianasını iqtisadi cəhətdən tamamilə ələ keçirib və bizi təbii sərvətlərimizdən məhrum edib. Biz yalnız onların coğrafiyasını öyrənməklə kifayətlənməli oluruq”, - Jan-Viktor Kastor deyib.

O xatırladıb ki, Fransız Qvianası 1946-cı ilin martında Fransanın dənizaşırı departamentinə çevrilib, lakin mübarizəni davam etdirmək və müstəmləkəçilikdən tamamilə xilas olmaq niyyətindədir.

“Biz istəyirik ki, başqa dövlətlər də bizi dəstəkləsinlər”, - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi