“Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətləri arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.
Nazir tvitter səhifəsində yazıb: “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.
As co-chairman of the Joint Commission between the Government of the Republic of Azerbaijan and the Government of the State of Israel, I believe that the establishment of the Embassy of Azerbaijan in Israel will make an important contribution 1/2 https://t.co/PJsSSKVxcP