Mərakeş səfiri: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması region üçün yeni imkanlar açacaq

Mərakeş səfiri: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması region üçün yeni imkanlar açacaq Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması region üçün yeni imkanlar açacaq.
Xarici siyasət
18 aprel 2025 13:12
Mərakeş səfiri: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması region üçün yeni imkanlar açacaq
Adil Embarş

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması region üçün yeni imkanlar açacaq.

Bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib.

O, iki ölkə arasında bu istiqamətdəki danışıqlardan çox məmnun olduqlarını vurğulayıb:

“Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, yalnız Azərbaycan və Ermənistan xalqları üçün deyil, bütün region üçün yeni imkanlar açacaq. Bu ölkələrin qazanacağı çox şey var. Biz də prosesi yaxından izləyirik. Əgər Mərakeşin dəstəyi lazım olarsa, biz həmişə Azərbaycandakı qardaşlarımıza kömək əlini uzatmağa hazırıq. Ona görə də bu prosesin irəliləməsini səbirsizliklə gözləyirik”.

Diplomat daha sonra Xankəndi barədə təəssüratlarını da bölüşərək belə bir səfər təşkil etdiklərinə görə Prezident Administrasiyasına və Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkür edib:

“Bu bizim Xankəndiyə ilk səfərimizdir. Çox maraqlıdır. İlk gördüyümüz yerlərdən biri universitet oldu və bu, təhsilin və insan kapitalına investisiyanın nə qədər vacib olduğunu vurğulayır". 

Son xəbərlər

Orphus sistemi