Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
Zati-aliləri.
İcazə verin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi çatdırım.
1995-ci ildə diplomatik əlaqələr qurulandan bəri Malta Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər yüksək səviyyədə inkişaf etmişdir. Ölkələrimiz qarşılıqlı hörməti və mehriban dostluğu daha da gücləndirməklə yanaşı, sıx əməkdaşlığı və dərin anlaşmanı inkişaf etdirmişlər. Əminəm ki, ölkələrimizin xalqlarının ümumi mənafeyi naminə Malta ilə Azərbaycan arasında mövcud olan çoxillik əlaqələr ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün nəzərdə tutulan yeni sahələrin araşdırılması yolu ilə möhkəmləndirilə bilər.
Mən, həmçinin ölkələrimizin çoxtərəfli səviyyədə, xüsusən də Birləşmiş Millətlər Təşkilatında ümumi üzvlüyümüz vasitəsilə əlaqələrinin səmərəli inkişafını yüksək qiymətləndirirəm. Bundan əlavə, Malta Respublikası Şərq Tərəfdaşlığı (ŞT) kimi regional dialoq çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında sıx və strateji tərəfdaşlığın davamlı tərəfdarı olaraq qalır.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayır və ən yüksək ehtiramımı çatdırıram.