Macarıstan şirkətləri Azərbaycanın azad edilən bir sıra ərazilərində bərpa işləri həyata keçirəcək

Macarıstan şirkətləri Azərbaycanın azad edilən bir sıra ərazilərində bərpa işləri həyata keçirəcək Macarıstan şirkətləri Cəbrayılın Soltanlı kəndi ilə yanaşı, Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də bərpa işləri həyata keçirəcək.
Xarici siyasət
18 aprel 2025 15:39
Macarıstan şirkətləri Azərbaycanın azad edilən bir sıra ərazilərində bərpa işləri həyata keçirəcək
Tamaş Torma

Macarıstan şirkətləri Cəbrayılın Soltanlı kəndi ilə yanaşı, Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də bərpa işləri həyata keçirəcək.

Bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

Diplomat vurğulayıb ki, Qarabağın bərpasına Macarıstan həmişə diqqət göstərib və bu, davam edəcək:

“Bərpa prosesi ilə yanaşı, burada digər sahələrdə də əməkdaşlıq edəcəyik. Macarıstan və Azərbaycanın ikitərəfli əlaqələri yüksək səviyyədədir, tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. İki ölkə arasında siyasi, iqtisadi, enerji əməkdaşığı getdikcə inkişaf edir. Yaxın dövrdə mühüm səfərlər həyata keçiriləcək”.

Səfir sonda Xankəndi barədə təəssüratlarını da bölüşüb:

“Xankəndi möhtəşəm şəhərdir, buraya ilk dəfə səfər edirəm və müşahidələrimə əsasən onu deyə bilərəm ki, bura çox yaxşı səviyyədə bərpa olunur, canlandırılır. Səfər çərçivəsində gördüm ki, mədəni abidələrə bu ərazilərdə xüsusi diqqət göstərilir və bu sahədə də əməkdaşlığa hazırıq. Qarabağ Universiteti və digər qurumlarla əməkdaşlıq ikitərəfli münasibətlərimizə daha da töhfə verə bilər”.

Orphus sistemi