Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.
"Report" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər qoyulub.
![](https://static.report.az/photo/5b9aa933-8a25-3b49-9038-15c101343043_300.jpg)
![](https://static.report.az/photo/8e02bdcd-e1d8-3ad6-8915-ec9e169f25dc_300.jpg)
![](https://static.report.az/photo/3e0cc8c2-9766-3e8b-8554-c74c772002a7_300.jpg)
![](https://static.report.az/photo/14a047c5-d91c-3a83-b122-e291e33fba57_300.jpg)