Lüksemburqda azərbaycanlılar üçün səyyar konsulluq qəbulu təşkil ediləcək
Lüksemburqda azərbaycanlılar üçün səyyar konsulluq qəbulu təşkil ediləcəkLüksemburqda yaşayan Azərbaycan vətəndaşları və soydaşları üçün səyyar konsulluq qəbulu təşkil ediləcək
Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları və soydaşları üçün səyyar konsulluq qəbulu təşkil ediləcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi tviterdə məlumat yayıb.
“Böyük Lüksemburq Hersoqluğunda yaşayan vətəndaşlarımız və soydaşlarımızın nəzərinə! Böyük Lüksemburq Hersoqluğunda yaşayan vətəndaşlarımız və soydaşlarımıza hüquqi yardımın göstərilməsi, müvafiq konsulluq əməliyyatların aparılması və konsulluq-hüquq məsələləri ilə bağlı məlumatların təqdim edilməsi məqsədilə cari ilin 09 sentyabr tarixində saat 11:00-dan 13:30-dǝk Lüksemburq şəhərində səyyar konsulluq qəbulu təşkil ediləcəkdir. Ünvan: Lüksemburq "Qarabağ" Mədəniyyət Mərkəzi, Boulevard Joseph II, 11A, L-1840, Luxembourg”, - səfirlik bildirib.
Böyük Lüksemburq Hersoqluğunda yaşayan vətəndaşlarımız və soydaşlarımızın nəzərinə️ pic.twitter.com/C3gQ8f1Ltk