Litvalı deputat: “Litva ilə Azərbaycan arasında siyasi dialoq son bir neçə ildə xeyli intensivləşib”

Litvalı deputat: “Litva ilə Azərbaycan arasında siyasi dialoq son bir neçə ildə xeyli intensivləşib” “Litva ilə Azərbaycan arasında siyasi dialoq son bir neçə ildə xeyli intensivləşib”.
Xarici siyasət
13 May , 2023 09:32
Litvalı deputat: “Litva ilə Azərbaycan arasında siyasi dialoq son bir neçə ildə xeyli intensivləşib”
Radvile Morkunayte-Mikuleniene

“Litva ilə Azərbaycan arasında siyasi dialoq son bir neçə ildə xeyli intensivləşib”.

Bunu “Report”un Litva müxbirinə açıqlamasında bu ölkə Seyminin üzvü Radvile Morkunayte-Mikuleniene Azərbaycan və Litva xarici işlər nazirlərinin mayın 8-də Vilnüsdə baş tutan görüşünü və dövlətlərarası münasibətlərin gələcəkdə hansı şəkildə inkişaf edəcəyini şərh edərkən deyib.

O söyləyib ki, Litva Cənubi Qafqazda baş verənləri yaxından izləyir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşacağına ümid edir, eyni zamanda Avropa İttifaqı və ABŞ-nin danışıqlara yardım etmə səylərini də qətiyyətlə dəstəkləyir.

Deputat bildirib ki, hazırda Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Litvanın milli təhlükəsizliyinə diqqət yönəltmək üçün ən mühüm amildir:

“Litva bütün region ölkələri üçün ekzistensial və uzunmüddətli təhlükə yaradan təcavüzkarı məğlub edə bilməsi üçün Ukraynanı mümkün olan bütün yollarla dəstəkləməyə davam edir. Biz suveren bir ölkə olan Ukraynaya qarşı başladılmış müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq üçün Rusiya və onun tərəfdaşı Belarusa qarşı beynəlxalq sanksiyaların vacibliyini vurğulayırıq. Litva bu dövlətlərin üçüncü ölkələrin əraziləri vasitəsilə sanksiyalardan yayınmasının qarşısının alınmalı olduğunu bildirir. Düşünürəm ki, Avropa İttifaqının əsasını qoyduğu dəyərlərə-qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət Litva və Azərbaycan münasibətləri üçün də əsas olmalıdır”.

Radvile Morkunayte-Mikuleniene onu da vurğulayıb ki, iki ölkə enerji təhlükəsizliyi və tranzit, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, turizm, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, mədəniyyət, elm və təhsil, idman kimi sahələrdə də əlaqələri genişləndirə bilər.

Son xəbərlər

Orphus sistemi