Litva səfiri Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

Litva səfiri Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçius Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.
Xarici siyasət
25 Dekabr , 2024 13:10
Litva səfiri Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“Report” xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciəvi xəbərlər gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkə xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmağı arzulayıram. Allah bizi belə faciələrdən qorusun", - səfir qeyd edib.

Son xəbərlər

Orphus sistemi