Laosun dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Laosun dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib Bakı. 5 iyun. REPORT.AZ/ Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
5 İyun , 2018 18:51
Laosun dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. 5 iyun. REPORT.AZ/ Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr xalqlarımızın maraqları, dünyada sülh və beynəlxalq əməkdaşlıq naminə daha da möhkəmlənəcək.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi