Kamran Əliyev: Türk dövlətlərinin müasir texnologiyalardan istifadə ilə bağlı təcrübə mübadiləsi aparması mühümdür

Kamran Əliyev: Türk dövlətlərinin müasir texnologiyalardan istifadə ilə bağlı təcrübə mübadiləsi aparması mühümdür Müasir texnologiyalardan istifadə sahəsində türk dövlətlərinin prokuror, hakim və mütəxəssislərinin aparacağı təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.
Xarici siyasət
4 İyun , 2024 11:19
Kamran Əliyev: Türk dövlətlərinin müasir texnologiyalardan istifadə ilə bağlı təcrübə mübadiləsi aparması mühümdür

Müasir texnologiyalardan istifadə sahəsində türk dövlətlərinin prokuror, hakim və mütəxəssislərinin aparacağı təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev iyunun 4-də Bakıda keçirilən “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə Naxçıvan sazişi ilə qoyulub və həmin gündən bəri türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələri gücləndirməyə xidmət edib: "Prezidenti İlham Əliyev dəfələrlə qurumun əhəmiyyətini vurğulayıb və onun türk xalqlarının birliyini daha da möhkəmləndirdiyini bildirib. Prezidentin sözləri ilə desək, “Türk Dövlətləri Təşkilatı türk dünyasının ortaq maraqlarını qorumaq və irəlilətmək üçün möhkəm bir təməldir".

Son xəbərlər

Orphus sistemi