Joze Marten Jan-Pyer: Fransa öz dənizaşırı ərazilərində təbii fəlakətlərə məhəl qoymur

Joze Marten Jan-Pyer: Fransa öz dənizaşırı ərazilərində təbii fəlakətlərə məhəl qoymur Fransa öz dənizaşırı ərazilərində təbii fəlakətlərə məhəl qoymur.
Xarici siyasət
28 mart 2025 15:36
Joze Marten Jan-Pyer: Fransa öz dənizaşırı ərazilərində təbii fəlakətlərə məhəl qoymur

Fransa öz dənizaşırı ərazilərində təbii fəlakətlərə məhəl qoymur.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (Qvadelupa) katibi Joze Marten Jan-Pyer "Müstəmləkəçilik: milli-dini kimliyin silinməsi" mövzusunda beynəlxalq konfrans ərəfəsində Bakı Təşəbbüs Qrupunun bu gün təşkil etdiyi mətbuat konfransında bildirib.

"Fransa hakimiyyəti təbii fəlakətlər zamanı bizə mütləq kömək edəcəklərini bəyan edir. Bundan əlavə, onlar dəfələrlə vurğulayırlar ki, bizi yalnız Fransa xilas edə bilər. Lakin əslində bu sözlər yalnız boş vədlər olaraq qalır. Bu, sadəcə bizi sakitləşdirmək üçün formal bir jestdir", - o qeyd edib.

Mətbuat konfransında Fransa və Niderland müstəmləkələrindən - Qvadelupa, Fransız Qvianası, Yeni Kaledoniya, Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polinezyası, Mayot, eləcə də Valis və Futunadan olan müstəqillik hərəkatlarının nümayəndələri, dekolonizasiya üzrə ekspertlər, reparasiya məsələləri ilə məşğul olan mütəxəssislər və insan hüquqları müdafiəçiləri iştirak edirlər. İştirakçılar arasında Fransa hakimiyyət orqanlarının həbs etdiyi Yeni Kaledoniyadan olan siyasi məhbusların ailə üzvləri də var.

Tədbirdə müasir müstəmləkəçilik formaları, müstəmləkələrdə milli və dini kimliyə təhdidlər, müstəqillik hərəkatlarının problemləri və beynəlxalq ictimaiyyətin bu proseslərə reaksiyası müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi