Azərbaycanın Pakistandakı səfirliyi Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirib.
“Report” xəbər verir ki, İslamabadda keçirilən tədbirdə yüksək vəzifəli şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar vurğulayıblar ki, uzaqgörən lider olmuş Heydər Əliyevin Azərbaycana sədaqəti və bağlılığı nəticəsində ölkədə dəyişikliklər baş verib və bu, onun gələcək inkişaf yolunu müəyyən edib.
Qeyd edilib ki, Ümummilli Lider bütün həyatı boyu liderlik, müdriklik və xalqına dərin məhəbbət nümayiş etdirib.
Bundan başqa, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin Azərbaycanın müxtəlif sahələrində, o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət və diplomatiya sahələrində müasirləşməsinin və inkişafının əsasını qoyduğu vurğulanıb. Onun rəhbərliyi altında Azərbaycan çətin dövrdən çıxaraq inkişaf və rifah yoluna qədəm qoyub.