İƏT nümayəndə heyəti Gəncədə raket hücumuna məruz qalan ərazidə faktaraşdırıcı missiya həyata keçirib - YENİLƏNİB

İƏT nümayəndə heyəti Gəncədə raket hücumuna məruz qalan ərazidə faktaraşdırıcı missiya həyata keçirib - YENİLƏNİB Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədirlər.
Xarici siyasət
4 Sentyabr , 2023 11:25
İƏT nümayəndə heyəti Gəncədə raket hücumuna məruz qalan ərazidə faktaraşdırıcı missiya həyata keçirib - YENİLƏNİB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərində həyata keçirib.

"Report"un Qərb bürosunun məlumatına görə, nümayəndə heyətinin üzvləri müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərərçəkmiş sakinlərlə görüşüblər. Qonaqlara İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə, mülki əhaliyə qarşı törədilmiş, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən müharibə cinayətləri barədə məlumat verilib.

Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş “İmamzadə" Ziyarətgah Kompleksində yerində monitorinq aparıblar.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

10:03

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.

"Report"un Qərb bürosunun məlumatına görə, səfərin məqsədi faktaraşdırıcı missiyanın həyata keçirilməsidir.

Nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib.

Burada raket hücumları nəticəsində zərərçəkmiş şəxslərlə görüş keçirilib.

Qonaqlar daha sonra “İmamzadə" Ziyarətgah Kompleksinə baş çəkəcəklər.

Qeyd edək ki, nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər ediblər. Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlara baxıb və şəhər Cümə məscidində olublar.

Nümayəndə heyətinin tərkibinə İƏT MDİHK sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi